Eldar Əzizov məmura şiddətli töhmət verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Eldar Əzizov məmura şiddətli töhmət verib

12:25 - 22 / 11 / 2018
Eldar Əzizov məmura şiddətli töhmət verib

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə şiddətli töhmət verilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, bununla əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işində yol verdiyi ciddi nöqsanlara görə, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova son xəbərdarlıqla şiddətli töhmət verilib.

Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşları tərəfindən paytaxtda yaşıllıqların vəziyyətinin yoxlanılması ilə bağlı keçirdikləri baxışlar zamanı bir sira nöqsanlar, o cümlədən parklarda yaşıllıqlara zəif qulluq göstərilməsi aşkar olunub.

S.Xankişiyeva                                                                                                          

Paylaş:
564

Son xəbərlər

Bütün xəbərlər