“Drakon”un döydüyü direktor danışdı – VİDEO

Aktyor Rza Rzayev noyabrın 20-də Nizami Rayon Məhkəməsinin qarşısında aylardır qalmaqal yaşadığı Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi döyərək ona ağır bədən xəsarətləri yetirib.
Bu hadisə günlərdir sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
R.Rzayev isə hadisənin söyüşə görə baş verdiyini, elə də böyük dava olmadığını söyləyib.
Dünən gənc müəllim Həbib Əlizadə 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alan direktora baş çəkərək oradan canlı yayım edib.
Tural Mirzəliyev hadisə barədə danışmadan onu dəstəkləyən, xəstəxanada ziyarət edən insanlara təşəkkür edib.
S.Xankişiyeva
721