Umayra Tağıyevaya yeni vəzifə verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni kadr təyinatı olub.
1news.az-ın verdiyi xəbərə görə, ekologiya və təbii sərvətlər nazirinin 10 dekabr 2018-ci il tarixli əmri ilə Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva vəzifəsindən azad olunaraq nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsinə təyin olunub.
Bu gün Umayra Tağıyeva departamentin kollektivinə təqdim edilib.
S.Xankişiyeva
447