Qarabağ icmasının yeni sədri kimdir?: Dosye - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Qarabağ icmasının yeni sədri kimdir?: Dosye - FOTO - VİDEO

14:09 - 21 / 12 / 2018
Qarabağ icmasının yeni sədri kimdir?: Dosye - FOTO - VİDEO

Xəbər verildiyi kimi, dünən Tural Gəncəliyev Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yeni sədri seçilib.

1news.az Tural Gəncəliyev haqqında ətraflı məlumatı təqdim edir.

Tural Babaşah oğlu Gəncəliyev, 6 mart 1980-ci ildə Şuşa şəhərində anadan olub. Uşaqlıq illərini Şuşanın ən qədim və məhşur məhəllələrindən biri sayılan “Çölqala Məhəlləsi”ndə yerləşən Xan qızı Xurşudbanu Natəvan, Azərbaycanın dahi bəstəkarı Uzeyir Hacıbəyov və tanınmış muğam ustası Xan Şuşinskinin ev muzeyləri ilə qonşuluqda keçirib. Bu isə onun sonradan musiqi təhsili almağına həvəs yaradıb. Daha sonra Şuşa şəhəri Vaqif Cəfərov küçəsi 28 ünvanında yaşayıb.

Şuşa şəhər 4 saylı orta məktəbdə ibtidai təhsil alıb. 1987-ci ildə Şuşa şəhəri Niyazi adına musiqi məktəbində tar sinfinə daxil olub.

Eyni zamanda, atası Gəncəliyev Babaşah Şuşa şəhər Uşaq Şahmat məktəbinin direktoru işlədiyi müddətində şahmat dərsləri sinfinə gedərək, şahmat təlimi alıb. Dağlıq Qarabağda keçirilən musiqi müsabiqələri və şahmat yarışlarında uşaq vaxtlarımdan iştirak edib.

Şuşanın işğalı səbəbindən 1992-ci ilin may ayından etibarən Bakı şəhərinə köşüb və məcburi köçkün olaraq orta məktəb və musiqi təhsilini Bakıda davam etdirib. 1995-ci ildə Bakıda musiqi məktəbləri arasında keçirilmiş Hacı Xanməmmədovun xatirəsinə həsr olunmuş musiqi müsabiqəsinin qalibi olub və Dövlət Filarmoniyası və Rəşid Behbudov adına mahnı teatrında musiqi proqramları ilə çıxış edib.

2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə isə eyni fakültənin magistraturasını fərqlənmə diplomu ilə bitirib.

5 avqust 2004-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin referenti vəzifəsinə, 2006-cı ilin 16 yanvar tarixində həmin idarənin attaşesi, 2008-ci ilin 1 may tarixində üçüncü katibi vəzifəsinə təyin edilib.

2008-ci ilin dekabr ayında Azərbaycanın Kanadadakı səfirliyinə ezam edilib.

Səfirlikdə uzunmüddətli ezamiyyət müddəti bitdikdən sonra, 25 yanvar 2013-cü il tarixində Xarici İşlər Nazirliyinin Amerika İdarəsinin Şimali və Mərkəzi Amerika şöbəsinə təyin edilib. 8 aprel 2014-cü il tarixində birinci katib vəzifəsini alıb.

2014-cü ilin 1 oktyabr tarixindən etibarən Azərbaycanın Çex Respublikasındakı səfirliyinə birinci katib vəzifəsinə təyin edilib.

2017-ci ilin 16 noyabr tarixində ATƏT-in İnsan ölçüsü çərçivəsində “İnsan hüquqları və məcburi köçkünlər haqqında” Vyana şəhərində keçirilən konfransda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təmsilçisi qismində çıxış etmək üçün Avstriyaya ezam edilib.

2018-ci ilin 1 oktyabr tarixindən etibarən Çexiyada uzunmüddətli ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə geri çağırılıb.

Xarici İşlər Nazirliyində işlədiyi müddət ərzində bir sıra diplomatik kurslar və seminarlarda iştirak etmək məqsədilə xarici ölkələrə ezam edilib. (Almaniya, Bolqarıstan, Misir və s.).

İngilis, fransız və rus dillərini bilir. Ailəlidir.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının 20 dekabr tarixində keçirilmiş qurultayının qərarı ilə icmanın yeni sədri seçilib. T.Gəncəliyev ictimai əsaslarla fəaliyyət göstərərək icmanın fəaliyyətinə öz töhfəsini verəcəkdir.  

Tural Gəncəliyevin Xocalı soyqırımı haqqında ingilis və fransız dillərində çıxışı: 

Tarda ifası:

 

Paylaş:
3045

Son xəbərlər

Avqustun 19-na manatın dollara qarşı rəsmi məzənnəsi açıqlanıbBu gün, 17:59Tokioda erməni karateçilər azərbaycanlı karateçilər ilə döyüşdən qorxdularBu gün, 17:53Gəncədə qazlı su və alkoqolsuz içkilərin istehsalı sexində nöqsanlar aşkar olunubBu gün, 17:52Lvovda Ərdoğanla Zelenski arasında görüş başlayıb - VİDEOBu gün, 17:3322 il əvvəl törədilmiş qətlin üstü açılıbBu gün, 17:30Qəbələdə iki kəndin yolu yenidən qurulub - FOTO - VİDEOBu gün, 17:12Ermənistan Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırırBu gün, 16:46Prezident İlham Əliyev Efiopiyanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİBBu gün, 16:349 illik bazadan kolleclərə ixtisas seçiminin nəticələri açıqlanıbBu gün, 16:30Azərbaycan kikboksçusu İslamiadada qızıl medal qazanıbBu gün, 16:29Milli Arxiv İdarəsi haqqında Əsasnaməyə dəyişiklik edilib - FƏRMANBu gün, 16:06Türkiyədə tibb üzrə oxumağı seçən Azərbaycan birincisi rektorla danışdı - VİDEOBu gün, 15:46Prezident müəllim, direktor və müavinlərinin maaşları ilə bağlı fərman imzaladıBu gün, 15:40İlham Əliyev Yeni Zelandiyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - FOTOBu gün, 15:39Ombudsman əməkdaşları müvəqqəti saxlama yerinə baş çəkiblərBu gün, 15:17Bolt şirkəti bir anda iki yeni səfərlər kateqoriyasına başlayırBu gün, 15:03Elçin Əhmədov: “Şuşanın yerləşdiyi coğrafi mövqe onun tarixən strateji əhəmiyyətli qala-şəhər olduğunu göstərir”Bu gün, 14:55İran hərbi nümayəndə heyəti Ağdam rayonunda olub - FOTOBu gün, 14:49Dövlət Turizm Agentliyinin iki sektor müdiri işdən çıxıbBu gün, 14:33FHN əməkdaşlarının intim videolarını yayan polkovnik tutulubBu gün, 14:24
Bütün xəbərlər

Next TV