Dekabrın 25-nə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dekabrın 25-nə olan hava proqnozu açıqlanıb

14:18 - 24 / 12 / 2018
Dekabrın 25-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabr ayının 25-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi  ilə əvəz olunacaq, arabir güclənəcək. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz    9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi  766 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət  65-75 faiz olacaq. 

Azərbaycanın rayonlarında dekabrın 25-də  hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz  8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  4-7 dərəcə  isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 25-26-da Abşeron yarımadasında arabir güclənən mülayim gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Babək Cahandarov

Paylaş:
878

Son xəbərlər

Bütün xəbərlər