Jurnalistin evi qarət edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Jurnalistin evi qarət edilib

14:49 - 03 / 01 / 2019
Jurnalistin evi qarət edilib

Abşeron rayonunda jurnalistin evi qarət olunub.

Bu barədə 1news.az-a ev sahibi, "Telegraf.com" saytının əməkdaşı Hacı Zeynalov məlumat verib.

Jurnalist bildirib ki, Abşeron rayonunun Saray qəsəbəsindəki evi qarət edilib:

"Dekabrın 21-də ailəmlə birlikdə evdən çıxmışıq. Ayın sonunda evə gələndə məlum oldu ki, naməlum şəxslər pəncərəni sındırıb evə daxil olublar. Hadisə nəticəsində evdən 500 manatdan artıq pul, televizor, məişət əşyaları, mənzilimin və uşaqlarımın sənədləri olan çamadanı aparıblar. Ümumilikdə mənə 1500 manatdan artıq maddi ziyan dəyib".

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb.

1news.az

Paylaş:
493

Son xəbərlər

Bütün xəbərlər