Türkiyədə gəmidə baş verən qəzada itkin düşən dənizçilərdən iki nəfərin meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədə gəmidə baş verən qəzada itkin düşən dənizçilərdən iki nəfərin meyiti tapılıb

09:39 - 09 / 01 / 2019
Türkiyədə gəmidə baş verən qəzada itkin düşən dənizçilərdən iki nəfərin meyiti tapılıb

Türkiyənin Samsun şəhəri yaxınlığında “Volgabalt 214” gəmisində baş verən qəzanın nəticələrinin aradan qaldırılması və itkin düşən dənizçilərin axtarışı ilə bağlı müvafiq qüvvələr hadisə yerinə cəlb olunub.

1news.az-ın verdiyi xəbərə görə, Dövlət Dəniz Agentliiyinin Milli Mərkəzi hadisə baş verən andan fasiləsiz olaraq Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə əlaqə saxlayır.

Son məlumata əsasən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən dənizçilərdən 2 nəfərin meyiti tapılaraq sudan çıxarılıb. Hazırda dənizçilərin şəxsiyyətinin müəyyən oluması prosesi həyata keçirilir.

İctimaiyyətə ətraflı məlumat veriləcək.

Səfirlik: Samsunda batan gəmidə 1 azərbaycanlı həlak olub – FOTO – VİDEO – YENİLƏNİB

S.Xankişiyeva

 

Paylaş:
553

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər