Sabaha olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabaha olan hava proqnozu açıqlanıb

14:10 - 14 / 01 / 2019
Sabaha olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvar ayının 15-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi  əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz  10-13,  Bakıda  gecə  3-5, gündüz  11-13 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 65-75, gündüz 50-55 faiz olacaq. 

Azərbaycanın rayonlarında yanvarın 15-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Meteoroloqların xəbərdarlığına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 15-i gündüz, 16-da arabir güclənən cənub-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında yanvarın 15-16-da bəzi rayonlarda cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Babək Cahandarov

Paylaş:
237

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər