Azərbaycanda məktəblər bağlandı - 2 gün dərs olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda məktəblər bağlandı - 2 gün dərs olmayacaq

14:58 - 16 / 01 / 2019
Azərbaycanda məktəblər bağlandı - 2 gün dərs olmayacaq

Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır. Bununla bağlı bütün tədbirlər təxirə salınır.

1news.az

Paylaş:
1287

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər