Nazirlik azərbaycanlı döyüşçünün ölüm səbəbini açıqladı - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik azərbaycanlı döyüşçünün ölüm səbəbini açıqladı - RƏSMİ

13:08 - 28 / 01 / 2019
Nazirlik azərbaycanlı döyüşçünün ölüm səbəbini açıqladı - RƏSMİ

Səhiyyə Nazirliyi döyüş sambosu, MMA üzrə azərbaycanlı keçmiş döyüşçü Xamis Məmmədovun qripdən dünyasını dəyişməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, idmançı yanvarın 24-də Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib:

“Aparılan bütün reanimasion tədbirlərə baxmayaraq, Xamis Məmmədov ayın 26-da dünyasını dəyişib”.

Nazirlikdən qeyd edilib ki, Xamis Məmmədovun yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər:

“Bu səbəbdən yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub”. 

1news.az

Paylaş:
468

Son xəbərlər

Bütün xəbərlər