Babək prospektində dəhşətli hadisə: maşın çuxura düşdü - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Babək prospektində dəhşətli hadisə: maşın çuxura düşdü - FOTO

09:54 - 01 / 02 / 2019
Babək prospektində dəhşətli hadisə: maşın çuxura düşdü - FOTO

Yeni təmir olunan Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında qeydə alınıb.

Belə ki, Elşən Həsənlinin idarə etdiyi 99-CA-956 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil “Azərsu” ASC tərəfindən qazılmış çuxura düşüb. Sürücü ciddi xəsarət almasa da, avtomobilə ziyan dəyib.

Hadisə yerinə təcili yardım briqadası və avtomobili çuxurdan çıxarmaq üçün xüsusi texnika çağırılıb.

Qeyd edək ki, prospekt aylardır aparılan yenidənqurma işlərindən sonra ötən il dekabrın 10-da sürücülərin istifadəsinə verilib.

Məlumata görə, yolda yaranmış dərin çuxurun səbəbi təmir işlərinin aparılması ilə əlaqədardır. Belə ki, yolu təmir üçün müvafiq qurumlardan biri qazıb, amma başa çatdırmadıqları üçün dərin çuxurun üstü açıq qalıb.

Onu da bildirək ki, ərazidə qazıntı işlərinin aparılması ilə bağlı xəbərdarlıq nişanları yerləşdirib. Avtomobilin hansı səbəblərdən çuxura düşməsi araşdırılır.

1news.az

Paylaş:
629

Son xəbərlər

Bütün xəbərlər