Ağsuda zəlzələdən ziyan çəkən evlərlə bağlı müraciətlərin sayı 603-ə çatdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda zəlzələdən ziyan çəkən evlərlə bağlı müraciətlərin sayı 603-ə çatdı

11:47 - 12 / 02 / 2019
Ağsuda zəlzələdən ziyan çəkən evlərlə bağlı müraciətlərin sayı 603-ə çatdı

Fevralın 5-i gecə saatlarında baş verən zəlzələ nəticəsində Ağsuda ev və obyektlərin ziyan çəkməsi ilə bağlı müraciətlər artmaqdadır.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, Bbu barədə Ağsu Rayon Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

Məlumata görə, komissiyaya bu günədək 603 müraciət daxil olub. Daxil olan müraciətlərə əsasən 452 evə artıq baxış keçirilib.

Komissiyadan bildirilib ki, hadisə nəticəsində zədələndiyi deyilən evlərin əksəriyyəti rayonun sürüşmə zonasında yerləşir.

Hazırda komissiya tərəfindən araşdırmalar davam etdirilir.

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə Ağsu ərazisində yeraltı təkanlar baş verib.

S.Xankişiyeva

 

 

Paylaş:
510

Son xəbərlər

Bütün xəbərlər