Nazir: Gələn həftədən yanğından zərər çəkən sahibkarlara ilkin ödənişlər veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: Gələn həftədən yanğından zərər çəkən sahibkarlara ilkin ödənişlər veriləcək

14:56 - 29 / 03 / 2019
Nazir: Gələn həftədən yanğından zərər çəkən sahibkarlara ilkin ödənişlər veriləcək

“Diqlas” ticarət mərkəzində baş verən yanğından zərər çəkən sahibkarlar üçün aprelin ilk həftəsindən ilkin ödənişlər həyata keçiriləcək.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, ilkin maddi dəstək vermək üçün tədbirlər görülür. Yaradılan İşçi Qrupu bu məqsədlə görüşlər keçirir, araşdırmalar aparır. İlkin ödənişlərin qarşıdakı həftə ərzində həyata keçirilməsi planlaşdırılır.

Ş.Mustafayev qeyd edib ki, zərər çəkən sahibkarlar üçün “Kapital Bank”da şəxsi hesablar yaradılacaq və ödənişlər kart vasitəsilə olacaq. Üç gün ərzində aparılan araşdırma nəticəsində bu ödənişlər yerinə yetiriləcək.

1news.az

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər