UNİCEF-in Bakıdakı səfiri Elinanın ölümündən yazdı: "Faciələri gözə ala bilmərik" | 1news.az | Xəbərlər
Cəmiyyət

UNİCEF-in Bakıdakı səfiri Elinanın ölümündən yazdı: "Faciələri gözə ala bilmərik"

16:09 - 08 / 04 / 2019
UNİCEF-in Bakıdakı səfiri Elinanın ölümündən yazdı: "Faciələri gözə ala bilmərik"

14 yaşlı Elinanın ötən həftə sonu boyunca çox sayda insanların emosiyalarını tarıma çəkən faciəvi taleyi bizə xatırladır ki, mənim rəhbərlik etdiyim təşkilat da daxil olmaqla, biz hamımız həssas uşaqlar üçün müdafiə və dəstək imkanlarının təmin edilməsini artırmaq üçün daha çox çalışmalıyıq.

1news.az xəbər verir ki, bunu UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin öz Facebook səhifəsində yazıb.

“Baxmayaraq ki, biz bu spesifik faciənin əsasında dayanan səbəblər barədə fərziyyələr yürütməməliyik, bununla belə risk altında ola biləcək hər bir uşağı qorumaq üçün ata biləcəyimiz addımlar var.

Bura yaxşı təlim keçmiş uşaq məsləhətçilərinə, uşaq psixoloqlarına və sosial işçilərə investisiyaların artırılması və eyni dərəcədə əhəmiyyətli olan - risk altında olan uşaq və ailələrin ehtiyac duyduqları peşəkar xidmətlərlə və dəstəklə əlaqəsinin yaradılmasına imkan verən yönləndirmə və keyslərin idarə edilməsi sistemlərinin gücləndirilməsi daxildir”, Edvard Karvardin əlavə edib.

O vurğulayıb ki, Unicef Azerbaijan nümayəndəliyi hazırda təkmilləşdirilmiş yönləndirmə sistemlərinə əlavə olaraq, yeni sosial işçi proqramları hazırlamaqda və onları Azərbaycanın bir neçə rayonunda sınaqdan keçirməkdədir:

“Lakin elə bu gün mən kollektivimizdən xahiş etdim ki, bunu Azərbaycandakı uşaqları müdafiə fəaliyyətimizin mütləq prioritetinə çevirsinlər. Qarşısı alına biləcək yeni-yeni faciələri gözə ala bilmərik”.

Qeyd edək ki, Bakının Səbail rayonunun 162 saylı orta məktəbinin VIII sinif şagirdi Elina Hacıyeva aprelin 4-də təhsil aldığı tədris müəssisəsinin 3-cü mərtəbəsindən özünü atıb. O, müxtəlif xəsarətlərlə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Elina Hacıyeva aprelin 6-da səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

1news.az

 

Paylaş:
731

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər