Bakı məktəblisi müəllimi tərəfindən döyülüb? | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı məktəblisi müəllimi tərəfindən döyülüb?

12:35 - 12 / 04 / 2019
Bakı məktəblisi müəllimi tərəfindən döyülüb?

Bakının 321 nömrəli tam orta məktəbi müəllimin şagirdi döyməsi xəbərinə münasibət bildirib.

1news.az-ın verdiyi xəbərə görə, aprelin 12-si saat, təxminən, 11:30-da məktəbin VII sinif şagirdi riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb.

"Şagirdin halı pisləşdiyi üçün başı yerədəyib. Sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib.

Məktəbə təcili-tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib.

Şagirdin güclü baş ağrıları olduğu üçün, valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək", - məktəbin məlumatında bildirilib.

S.Xankişiyeva

 

Paylaş:
713

Son xəbərlər

Bütün xəbərlər