Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası təsdiq edilib - FƏRMAN | 1news.az | Xəbərlər
Rəsmi

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası təsdiq edilib - FƏRMAN

16:03 - 18 / 05 / 2020
Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası təsdiq edilib - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

1news.az Dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, fərmanla, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050, № 12, maddə 1939) ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilib.

2.7-1. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiyaların ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri Agentliyin müvəkkil bankla razılaşdırılmış sifarişi əsasında hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.

1news.az

Paylaş:
810

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər