CISCO kimi nüfuzlu şirkətin Azərbaycanla əməkdaşlığı mühüm əhəmiyyətə malikdir | 1news.az | Xəbərlər
Siyasət

CISCO kimi nüfuzlu şirkətin Azərbaycanla əməkdaşlığı mühüm əhəmiyyətə malikdir

21:18 - 18 / 05 / 2020
CISCO kimi nüfuzlu şirkətin Azərbaycanla əməkdaşlığı mühüm əhəmiyyətə malikdir

“CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda vacib məsələlər müzakirə olunub. Bir sıra məsələlərin həlli baxımından aparılan müzakirələr önəmlidir”.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, videokonfransda şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer  COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində Azərbaycan Prezidentinə liderlik səylərinə görə minnətdarlıq edib.

Millət vəkilinin sözlərinə, videokonfransda müzakirə olunan “Smart ölkə”, təhsil və kibertəhlükəsizlik məsələləri hazırki dövrdə önəmlidir.

“Videokonfransda həmçinin CISCO şirkətinin Azərbaycanın müvafiq strukturları ilə çox uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Şirkətin vitse-prezidenti bu əməkdaşlığın təcrübə qazanmaq baxımından əhəmiyyətini vurğuladı. O, təmsil etdiyi şirkətlə “Quantelo” şirkəti arasında həyata keçiriləcək əməkdaşlığın perspektivləri barədə də danışdı, vahid məlumatlar sisteminin yaradılması istiqamətində görülən işləri qeyd etdi və bunun ümumi daxili məhsulun artımı, iş yerlərinin yaradılması və innovasiyaların tətbiq edilməsi işinə xidmət edəcəyini bildirdi.

Dövlətimizin başçısı cənab İlham Əliyev də qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Cənab Prezident qeyd edib ki, “Ağıllı şəhər” layihəsi sahəsində işlər yaxşı gedir. Dövlətimizin başçısı “Smart ölkə” ideyasını  və digər təşəbbüsləri də dəstəklədiyini də qeyd edib. Düşünürəm ki, texnologiyalar dövründə bu kimi layihələr ölkəmizə böyük faydalar gətirəcək. Bu baxımdan, CISCO şirkəti ilə əməkdaşlıq əhəmiyyətlidir”-deyə, S.Fətəliyeva vurğulayıb.

1news.az

 

Paylaş:
1159

Son xəbərlər

Bütün xəbərlər