Ermənistanın törətdiyi cinayətlərlə bağlı 19 cinayət işi başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistanın törətdiyi cinayətlərlə bağlı 19 cinayət işi başlanılıb

13:24 - 05 / 10 / 2020
Ermənistanın törətdiyi cinayətlərlə bağlı 19 cinayət işi başlanılıb

“Sentyabrın 27-dən indiyədək Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı müvafiq rayon prokurorluqlarında 19 cinayət işi başlanıb”.

1news.az-ın xəbərinə görə, bunu bu gün keçirilən brifinqdə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib.

Göstərilən faktlar bir daha sübut edir ki, Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmağa davam edir, BMT Baş Assambleyasının 1974-cü il tarixli fövqəladə vəziyyət və hərbi münaqişələr zamanı qadın və uşaqların bəyənnaməsi üzrə üzərlrəinə düşən öhtəlikləri icra etməyərək dinc mülki əhalimizi qəsdən hədəfə alır.

Bununla da kifayətlənməyərək, 4 oktyabr 2020-ci il tarixindən saat 22 radələrindən başlayaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə silahlı birləşmələri tərəfindən Azərbaycanın dinc əhalisi qəsdən hədəfə alınmaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 kilometr aralıda yerləşən Azərbaycanın sənaye şəhəri, əhalisi 100 mindən çox olan Mingəçevir şəhəri hədəf alınıb".

Qafar Ağayev

 

Paylaş:
370

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər