BNA Bakının bəzi yollarında yaranan tıxacla bağlı məlumat yayıb

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Qara Qarayev prospektində yaranmış tıxac barədə məlumat yayıb.
BNA-dan 1news.az-a verilən məlumata görə, səhər saat 9 radələrindən Qara Qarayev prospekti-Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir:
"Nəticədə Q.Qarayev-Koroğlu-28 May və Q.Qarayev-20 Yanvar dairəsi istqamətində bütün müntəzəm və ekspres xətt avtobuslarının hərəkət intervalında gecikmələr yaranıb".
Qafar Ağayev
407