Biz Haqq savaşındayıq, Haqq mübarizəsi aparırıq, düşmənə cəbhədə cavab veririk – Jalə Əliyeva | 1news.az | Xəbərlər
Siyasət

Biz Haqq savaşındayıq, Haqq mübarizəsi aparırıq, düşmənə cəbhədə cavab veririk – Jalə Əliyeva

18:28 - 05 / 11 / 2020
Biz Haqq savaşındayıq, Haqq mübarizəsi aparırıq, düşmənə cəbhədə cavab veririk – Jalə Əliyeva

“Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir…”.

Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində səsləndirib.

"İkinci Vətən Müharibəsi başlayandan ötən 40 gün ərzində artıq sayını-hesabını itirdiyimiz növbəti möhtəşəm, tarixi müsahibə…

Mənfur, quduz düşmənə, onun qanlı havadarlarına, feyk xəbər istehsalçılarına, antiAzərbaycan, antiTürk ermənipərəst qüvvələrə verilən növbəti Dərs, vurulan növbəti tərs sillə…

Həqiqətin gözünə dik baxma, heç nədən çəkinməmə, yalanlar, iftiralar, qarayaxmalar üzərinə tutarlı, məntiqli, sərrast, daşdankeçən arqumentlərlə getmə.

Bunu yalnız İlham Əliyev məntiqi, fəhmi, cəsarəti edə bilərdi və edir.

Cəbhədəki, döyüş meydanındakı Qələbələrin, Zəfərlərin bağlayıcı, tamamlayıcı davamı.

Həm sahada, həm siyasət, diplomatiya və informasiya meydanında, məkanında sarsıdıcı, öldürücü, məhvedici zərbə.

“İşğal olunmuş rayonlardan 5-dən 4-ü artıq ya tamamilə, ya da qismən azad edilib. Bu gün biz işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik”-deyir müzəffər Ali Baş Komandan.

Əlavə edir ki, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik və artıq əsas prinsiplərin bir hissəsini yerinə yetirmişik. Çünki ATƏT-in Minsk qrupu tərəfindən təklif olunan həll üçün əsas prinsiplər faktiki olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını tələb edir(di).  Ancaq əfsuslar olsun ki, Ermənistan könüllü şəkildə bunu etmək istəmirdi, ona görə də biz onları bunu etməyə məcbur etməli olduq.

Ali Baş Komandan həmən onu da bildirir ki, müharibə bəlkə bir ay əvvəl bitərdi. Ancaq qarşı-düşmən tərəfin təcavüzkarlıq siyasətindən əl çəkməməsi bunu mümkünsüz etdi.  Bununla belə, əgər düşmən ölkə müharibənin bitməsində maraqlıdırsa, o zaman Ermənistan tərəfdən kompromis çox dəqiq olmalıdır. Hələ də işğal altında olan Ağdam rayonunun bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli bizə təqdim edilməlidir, özü də Ermənistanın baş naziri bunu şəxsən bəyan etməlidir.

Lakin Prezidentin də əlavə etdiyi kimi,  onlar nəinki bizə vaxt cədvəli vermirlər, onlar həmin əraziləri boşaldacaqlarını demirlər. Sentyabrın 27-dən bu yana bütün bu vaxt ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi ərazilərin boşaldılacağı barədə heç vaxt heç nə deməyib. Belə olan halda, onlar 7 rayonun qaytarılmasını təmin etmək üçün bu prinsipləri işləyib hazırlamış Minsk qrupunun həmsədrlərinə faktiki olaraq hörmətsizlik nümayiş etdirirlər və faktiki olaraq daha çox eskalasiyaya gətirib çıxarırlar. Beləliklə, biz Ermənistanın baş nazirinin Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsini boşaldacaqlarını açıq şəkildə deməyini gözləyirik…

Müsahibə zamanı daha bir əsassız, məqsədli şəkildə təkrar-təkrar tirajlanan, bu dəfə Lavrovun dilindən səslənən yalan məlumata-iki min muzdlu məsələsinə verilən güllə kimi sərrast cavab-sitat:

“Mən bu ittihamlara, bu əsassız ittihamlara dəfələrlə cavab vermişəm. Səmimi desəm, təəssüflənirəm ki, bitərəf olmalı, onlara ATƏT tərəfindən verilmiş mandata əsasən hərəkət etməli olan ölkələrin yüksək səviyyəli rəsmiləri təsdiqini tapmamış bu əsassız dırnaqarası “informasiya”dan və şayiələrdən istifadə edirlər. Bu, birincisi. İkincisi, bizdə heç bir muzdlu yoxdur. Mən bu haqda dəfələrlə demişəm. Bizim onlara ehtiyacımız yoxdur.

Bizim 100 min döyüşçüdən ibarət ordumuz var, biz tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox toplaya bilərik. Lakin biz Ermənistandan fərqli olaraq bunu etmirik. Bizim tərəfimizdə hər hansı bir əcnəbi döyüşçünün vuruşması ilə bağlı heç bir sübut yoxdur. Bu bir aydan çox müddət ərzində bizə heç bir sübut, heç bir sənəd, heç bir dəlil təqdim edilməmişdir. Yalnız bəyanatlar. Bəs, onda nə üçün onlar Ermənistan tərəfində baş verənləri, Ermənistan tərəfindən neçə muzdlunun döyüşdüyünü görmürlər? Nə üçün bizi ittiham etməyə çalışan nə Rusiya, nə də Fransa bunun haqqında heç nə deməyib?”

Və sərt mesaj və xəbərdarlıq:

“Əgər biz bizi muzdlularla bağlı ittiham edənləri dünyanın müxtəlif yerlərində nə etdikləri haqqında ittiham etməyə başlasaq, bu, çox uzun bir məsələ olacaq…”

Bəli, Ali Baş Komandanın dediyi kimi, biz danışmağa başlasaq, “sandığı açıb, pambığı töksək”, o zaman çoxları gizlənməyə deşik belə tapmazlar və tapmayacaqlar…

Çünki onlardan fərqli olaraq, bizim əlimiz doludur, bizim əlimiz də, dilimiz arqumentlidir, biz faktlara, sübutlara malikik, onlar yox…

Ona görə sussalar yaxşıdır, necə ki, illərdir həqiqəti görə-görə, susurlar, həqiqətin yox, yalanın yanında yer alırlar…Onlardan artıq heç nə istəmirik və gözləmirik, sadəcə, yolumuza daş-kəsək olmasınlar…

Biz Haqq savaşındayıq, Haqq mübarizəsi aparırıq, düşmənə cəbhədə cavab veririk.

Haqq da, ədalət də bizim yanımızdadır. Bu dəfə biz Qalib gəlirik və biz Qalib gələcəyik.

Qələbə də bizimdir, Qarabağ da bizimdir, Qələbə də bizim olacaq, Qarabağ da bizim olacaq.

Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!

Jalə Əliyeva

Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini

 

Paylaş:
486

Son xəbərlər

Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:42
Bütün xəbərlər