MN: Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib | 1news.az | Xəbərlər
Siyasət

MN: Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib

19:11 - 05 / 11 / 2020
MN: Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib

Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edilib.

Müdafiə Nazirliyindən (MN) 1news.az-a verilən xəbərə görə, Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını tamamilə məhv edilib.

S.Xankişiyeva

 

Paylaş:
466

Son xəbərlər

Bütün xəbərlər