BMT Baş Assambleyasının COVID-19-la bağlı Xüsusi Sessiyası keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

BMT Baş Assambleyasının COVID-19-la bağlı Xüsusi Sessiyası keçiriləcək

22:27 - 05 / 11 / 2020
BMT Baş Assambleyasının COVID-19-la bağlı Xüsusi Sessiyası keçiriləcək

BMT Baş Assambleyasının COVID-19 üzrə Xüsusi Sessiyasının detalları barədə qərar üzv ölkələrin böyük dəstəyi ilə bu gün Baş Assambleyada qəbul edildi.

1news.az-ın verdiyi xəbərə görə, bunu BMT Baş Assambleyasının 75-ci Sessiyasının sədri Volkan Bozkır özünün "Twitter"hesabında yazıb.

V.Bozkır əlavə edib: "COVID-19-un dövlət, hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası 3-4 dekabr 2020-ci il tarixlərində Prezidentliyimdə keçiriləcəkdir.

Dünya liderləri qarşılaşdığımız bu ən böyük problemə qarşı BMT-də toplanacaqlar. Səhiyyə, iqtisadiyyat, maliyyələşdirmə və peyvəndlər daxil olmaqla COVID ilə mübarizənin bütün aspektləri hökumətlərin, özəl sektorun, akademik dairələrin və vətəndaş cəmiyyəti liderlərinin iştirakı ilə ətraflı müzakirə ediləcək".

S.Xankişiyeva

 

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər