Perunun ən çox oxunan qəzetində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və törətdiyi cinayətlərdən danışılıb | 1news.az | Xəbərlər
Dünya

Perunun ən çox oxunan qəzetində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və törətdiyi cinayətlərdən danışılıb

09:56 - 23 / 11 / 2020
Perunun ən çox oxunan qəzetində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və törətdiyi cinayətlərdən danışılıb

Perunun ən çox oxunan “El Comercio” qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovun Ermənistan-Azərbaycan münaqişəsi və atəşkəs bəyanatı haqda müsahibəsi efirə gedib.

1news.az xəbər verir ki, münaqişənin tarixindən danışan səfir, Azərbaycanın Qarabağ və ətraf rayonları olmaqla beynəlxalq qaydada tanınmış ərazilərinin beşdə birinin 30 ilə yaxındır Ermənistan tərəfindən hərbi işğalda saxlanıldığını və Ermənistanın bu ərazilərdə etnik təmizləmə apararaq 1 milyon azərbaycanlını öz evlərindən qovduğunu bildirib. Azərbaycanın daim münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu deyən səfir, Ermənistanın məqsədinin isə hər zaman Dağlıq Qarabağdakı işğalın nəticələrini gücləndirmək olduğunu, bu səbəbdən BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və Ermənistandan işğal etdiyi əraziləri dərhal azad etməsini tələb edən qətnamələrin tələblərinə bu günə kimi məhəl qoymadığını və Minsk qrupu çərçivəsində aparılan danışıqlarda da heç bir nəticə əldə olunmadığını qeyd edib.

Məmməd Talıbov bildirib ki, Ermənistanda 2018-ci ildə milliyyətçi qüvvələrin hakimiyyətə gəlməsindən sonra bu ölkənin Azərbaycana qarşı təxribat əməlləri artmış, 27 sentyabr tarixindən etibarən isə Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı genişmiqyaslı hücumlar həyata keçirməyə başlamış və bu hücumlar mülkü əhali arasında çoxsaylı itkilərə səbəb olmuşdu. Nəticədə Azərbaycan ordusu özünümüdafiə hüququ çərçivəsində mülkü əhalinin təhlükəsizliyini təmin etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum əməliyyatları aparmağa başlayıb.

İşğaldan azad edilmiş Azərbaycan şəhərlərinin 30 il ərzində Ermənistan tərəfindən tamamilə məhv edildiyini deyən səfir, işğalçı ölkənin törətdiyi bu talanlarla bağlı Azərbaycanın beynəlxalq məhkəmə instansiyalarına müraciət edəcəyini söyləyib.

İmzalanan bəyanatın münaqişəyə tam son qoyması haqda sualla bağlı təmsilçimiz Ermənistanın hərbi əməliyyatlar ərzində üç dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini dərhal pozduğunu, hazırda isə bölgədə sülhməramlı qüvvələrin yerləşdirildiyini, əldə olunan razılaşmanın davamlı olacağına ümidvar olduğumuzu, hər bir halda Ermənistanın öz ərazi iddialarından və təcavüzkar siyasətindən əl çəkib öz xalqını barışığa hazırlamalı olduğunu bildirib.

Azərbaycan çoxmədəniyyətli ölkə olduğunu, burada 40-a yaxın müxtəlif etnik mənsubiyyətdən olan insanların, o cümlədən on minlərlə erməninin yaşadığını, bu baxımdan Dağlıq Qarabağ ərazisində məskunlaşmış ermənilərlə də heç bir problemimiz olmadığını deyən səfir, ermənilərin insanlıq əleyhinə cinayətlər törətmiş olmasına, bu səbəbdən birgə yaşayışın xeyli müşküllüyünə baxmayaraq, bir milyona yaxın azərbaycanlının öz doğma yurdlarına qayıtmasından sonra iki xalqın birlikdə barışıq içində yaşaması gərəkdiyini qeyd edib.

Türkiyənin müharibə ərzində Azərbaycana yardımına dair suala münasibətdə səfir Türkiyənin Azərbaycana qardaş ölkə olduğunu, iki ölkə arasında olduqca sıx tarixi-mədəni və iqtisadi bağların mövcud olduğunu, birgə həyata keçirdiyimiz layihələrin Avropanın da enerji təhlükəsizliyinə önəmli töhfə verdiyini, bununla belə, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən digər ölkələr kimi Türkiyənin də beynəlxalq hüquqa istinad edərək bu mövqedən çıxış etdiyini vurğulayıb.

Qafar Ağayev 

Paylaş:
574

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər