Türkiyədəki zəlzələdə yaralananların sayı açıqlandı | 1news.az | Xəbərlər
Dünya

Türkiyədəki zəlzələdə yaralananların sayı açıqlandı

08:56 - Bu gün
Türkiyədəki zəlzələdə yaralananların sayı açıqlandı

Balıkesir valisi İsmail Ustaoğlu bölgədə baş verən zəlzələdən sonra açıqlama verib.

1news.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, zəlzələ zamanı can itkisi qeydə alınmayıb, lakin zərər görmüş üç bina uçub.

Valinin sözlərinə görə, zəlzələdə yaralanan 22 nəfərdən 4-ü xəstəxanadan evə buraxılıb, digər yaralıların isə ümumi sağlamlıq vəziyyəti yaxşıdır.

Xatırladaq ki, Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib, sarsıntı İstanbul, Bursa və İzmir kimi ətraf şəhərlərdə də hiss olunub.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər