Türkiyənin tanınmış aktyoru vəfat edib | 1news.az | Xəbərlər
Dünya

Türkiyənin tanınmış aktyoru vəfat edib

13:04 - Bu gün
Türkiyənin tanınmış aktyoru vəfat edib

Türkiyənin tanınmış aktyoru Engin Çağlar vəfat edib.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, E.Çağlar 1940-cı il avqustun 28-də İstanbulda anadan olub. 1958-ci ildə qısa müddət "Qalatasaray" komandasında futbol oynayıb. Almaniyada ali təhsil alıb. İki il Şimali Kirpdə hərbi xidmətdə olub.

Kinoda ilk roluna 1968-ci ildə Bilgə Olqaçın "Öksüz" filmi ilə başlayıb. 1969-cu ildə Orxan Aksoyun rejissorluq etdiyi "Kınalı Yapıncak" filmində Hülya Koçyiğit ilə oynayaraq məşhurlaşıb. Hulki Saner ilə anlaşdıqdan sonra Metin Erksanın yönətdiyi filmlərdə görünüb. 1974-cü ildə kinodan gedib. 2016-cı ildən FİLMSAN Fondunun İdarə Heyətinə sədr seçilib.

2011-ci ildə "Altın Portakal" film festivalında, 2017-ci ildə teatr və kino aktyorları mükafatına layiq görülüb.

E.Çağlar Türkiyənin "Yeşilcam" filmlərinin aparıcı aktyorlarından olub. Onlarla bədi filmə və seriallara çəkilb.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər