Manlio Di Stefano: İtaliya üçtərəfli bəyanatdakı müddəaların icrasına yardım etməyə hazırdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Manlio Di Stefano: İtaliya üçtərəfli bəyanatdakı müddəaların icrasına yardım etməyə hazırdır

15:26 - 09 / 12 / 2020
Manlio Di Stefano: İtaliya üçtərəfli bəyanatdakı müddəaların icrasına yardım etməyə hazırdır

Bu gün Azərbaycanda olmağımdan şərəf hissi duyuram. Səfərim cəmi 24 saatlıq olsa da, onu tam şəkildə təşkil etdiyinə görə sizin Hökumətə minnətdarlığımı bildirirəm. Dünən mən artıq xarici işlər naziri ilə görüşdüm. Biz bir çox sahələrə aid olan məsələlər ətrafında fikir mübadiləsi apardıq. Bu gün mənim digər nazirlərlə görüşmək imkanım olacaq. Bu, aramızda olan əməkdaşlığın real təzahürüdür.

1news.az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano Prezident İlham Əliyevlə görüş zamanı bildirib.

Azərbaycan Prezidentinə və xalqımıza müharibə qurbanları ilə əlaqədar başsağlığı verən italiyalı qonaq qeyd edib ki, İtaliyada bu müharibəni böyük narahatlıqla izləyirdilər. Çünki dünyanın bu bölgəsini istənilən mənada özümüzə çox yaxın hesab edirik.

“Biz çox çalışdıq ki, hadisələrə hər hansı siyasi rəng qatmayaq. Biz, sadəcə, ölkəmizə nəyin baş verdiyi ilə əlaqədar həqiqəti söyləməyə çalışdıq. Məmnunam, Siz də siyasi mövqeyimizi müsbət dəyərləndirdiniz və o, BMT-nin qətnamələrinə, bir sözlə, sənədlərdə yazılanlara əsaslanır. Təbii ki, atəşkəsin imzalanması bizim hamımıza rahatlıq gətirdi. Hesab edirik ki, bu, birinci və ən vacib məsələ idi. Çünki bilirsiniz, qurbanların sayının artmaması hər kəs tərəfindən hər zaman müsbət qarşılanır. Hazırda biz üçtərəfli Bəyanatdakı müddəaların icrasına yardım etməkdə öz imkanlarımızı təmin etməyə hazır olduğumuzu bildiririk. Hesab edirik ki, bu, bundan sonra görəcəyimiz bütün işlər üçün yaxşı başlanğıc nöqtədir”, - deyə Manlio Di Stefano vurğulayıb.

1news.az

Paylaş:
372

Son xəbərlər

ABB-nin Suraxanı filialı da yeniləndi!Bu gün, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaqBu gün, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilirBu gün, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilibBu gün, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblərBu gün, 13:22Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 12:55ASCO-nun “yaşıl artım” çağırışlarından irəli gələn fəaliyyət prioritetləri müəyyən ediləcəkBu gün, 12:43“Xan arxı” suvarma kanalı tullantılardan təmizlənibBu gün, 12:27Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:21Sahibə Qafarova Sinqapur Prezidenti ilə görüşübBu gün, 12:10Azərbaycan dələduzluqda təqsirləndirilən iki nəfəri Özbəkistana təhvil veribBu gün, 12:01FHN Ağsuda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb - VİDEOBu gün, 11:58Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıbBu gün, 11:38Gənc zabitlərin püşkatması keçirilibBu gün, 11:15Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıbBu gün, 11:13Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıbBu gün, 11:06Yanvar-apreldə əlilliyi olan şəxslərə 40 mindən çox reabilitasiya vasitəsi verilibBu gün, 10:46İzmirdə zəlzələ olubBu gün, 10:33AMB 15 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 10:02Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVABu gün, 09:27
Bütün xəbərlər