Azərbaycana gətiriləcək koronavirus vaksinləri vergidən azad olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana gətiriləcək koronavirus vaksinləri vergidən azad olunur

15:29 - 28 / 12 / 2020
Azərbaycana gətiriləcək koronavirus vaksinləri vergidən azad olunur

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycana gətiriləcək vaksin və onun şprisləri 2 il müddətində əlavə dəyər vergisindən azad olunacaq.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Deputatlar bu dəyişikliyi təqdirəlayiq hesab ediblər. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

S.Xankişiyeva

 

Paylaş:
394

Son xəbərlər

Bütün xəbərlər