ICESCO-nun Baş direktoru “ASAN xidmət”də | 1news.az | Xəbərlər
Cəmiyyət

ICESCO-nun Baş direktoru “ASAN xidmət”də

16:45 - 14 / 01 / 2021
ICESCO-nun Baş direktoru “ASAN xidmət”də

14 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Agentlikdən 1news.az-a bildirilib ki, qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bildirilib ki, bu günədək 41 milyondan çox vətəndaş müraciəti qeydə alınıb.

Bundan başqa, vurğulanıb ki,” ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015), həmçinin 2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.

Qonaq, həmçinin “ASAN Radio”, “ASAN Təlim-Tədris Mərkəzi”, “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə tanış olub.

Eyni zamanda, görüş zamanı 25 oktyabr 2018-ci il tarixində Dövlət Agentliyi ilə ICESCO arasında imzalanmış Birgə Əməkdaşlıq Proqramı və bu Proqram əsasında təsis olunan qabaqcıl idarəetmə üzrə “ICESCO-nun ASAN mükafatı” barədə geniş müzakirələr aparılıb. “ICESCO-nun ASAN mükafatı”nın ICESCO-ya üzv dövlətlərdə innovasiyaları əks etdirən təcrübələr üçün təqdim olunması nəzərdə tutulur.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq “ASAN xidmət”in onda böyük təəssürat yaratdığını və Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi sahəsindəki bu qabaqcıl modelinin ICESCO-ya üzv ölkələrdə tətbiqinin zəruriliyini vurğulayıb.

Həmçinin, ICESCO-nun Baş direktoru ölkəmizin elektron hökumət və rəqəmsallaşma sahəsində dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə daha çox irəliləyiş əldə etdiyini qeyd edib və müvafiq istiqamətlər üzrə Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib.

Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.

Qafar Ağayev 

Paylaş:
373

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər