Mərkəzi Qan Bankı qan ehtiyatının azalması ilə bağlı vətəndaşlara çağırış edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərkəzi Qan Bankı qan ehtiyatının azalması ilə bağlı vətəndaşlara çağırış edib

11:20 - 14 / 01 / 2021
Mərkəzi Qan Bankı qan ehtiyatının azalması ilə bağlı vətəndaşlara çağırış edib

Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib. 

Bankdan verilən xəbərə görə, qan ehtiyacları davamlı olduğundan hazırda 0 (l) Rh- (mənfi 1), A (ll) Rh- (mənfi 2) və AB (lV) Rh- (mənfi 4) qan qruplarından olan qan ehtiyatları tamamilə azalıb. 

Bankın vətəndaşlara müraciətində deyilir: “Qan ehtiyacı olan vətəndaşlarımızı davamlı qanla təmin etmək üçün sənə ehtiyacımız var. Könüllü qan donoru ol və həyat qurtaran dostlarımız arasına qatıl” 

Ünvan: Mərkəzi Qan Bankı, Feyzulla Qasımzadə küçəsi 65

Telefonlar: 907

+99412 440 65 86

+99412 440 78 50

+99412 441 66 52.

1news.az

Paylaş:
565

Son xəbərlər

Bütün xəbərlər