54 şəhid ailəsi üzvü tibbi müayinədən keçirildi – FOTO
“YAŞAT" Fondu tərəfindən şəhidlərimizin ailə üzvlərinin ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə,
Fond tərəfindən 14 və 15 yanvar tarixlərində 54 şəhid ailəsi üzvünün tibbi müayinədən keçirilməsi təmin edilib.
Onların bəzilərinə müalicə, digərlərinə isə müəyyən müddətlik müalicə prosesindən sonra əməliyyat təyin edilib.
Müvafiq müayinə və müalicə tədbirləri davam etdirilir.
S.Xankişiyeva
395