Bakıda 1 106 valideyn övladının məktəbə getməsindən imtina edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 1 106 valideyn övladının məktəbə getməsindən imtina edib

16:41 - 03 / 02 / 2021
Bakıda 1 106 valideyn övladının məktəbə getməsindən imtina edib

Bakıda 1 106 şagirdin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a verilən məlumata görə, ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 182 018 şagirddən 1106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.

Qeyd edək ki, mövcud təlimatlara uyğun olaraq, övladının əyani formada təhsil almasını istəməyən valideyn bununla bağlı məktəb rəhbərliyinə yazılı müraciət edə və bu təhsil formasından imtina edə bilər.

S.Xankişiyeva

 

Paylaş:
436

Son xəbərlər

Bütün xəbərlər