Azərbaycan zəngin mədəni irsə malikdir - Britaniyanın dövlət naziri | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan zəngin mədəni irsə malikdir - Britaniyanın dövlət naziri

17:45 - 08 / 02 / 2021
Azərbaycan zəngin mədəni irsə malikdir - Britaniyanın dövlət naziri

Bakıda səfərdə olan Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton İçərişəhəri ziyarət edib.

1news.az xəbər verir ki, bu barədə nazir öz "Twitter" səhifəsində paylaşım edib.

O, Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbində olduğunu bildirib:

"Gözəl Bakının İçərişəhərində oldum. Azərbaycan zəngin mədəni irsə malikdir. Mən gənc rəssamları dəstəkləyən və Azərbaycanın qədim mədəniyyətini qoruyub saxlayan Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbində gözəl vaxt keçirdim".

Qeyd edək ki, bu gün Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycana ikigünlük səfəri başlayıb.

1news.az

Paylaş:
609

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər