Ceyhun Bayramov ilə Filip Riker arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov ilə Filip Riker arasında telefon danışığı olub

09:22 - 09 / 02 / 2021
Ceyhun Bayramov ilə Filip Riker arasında telefon danışığı olub

Fevralın 8-də xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən 1news.az-a bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
527

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər