Sellofan torbalar üçün dövlət standartı qəbul edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sellofan torbalar üçün dövlət standartı qəbul edilib

13:18 - 11 / 02 / 2021
Sellofan torbalar üçün dövlət standartı qəbul edilib

Ətraf mühitin zərərli təsirlərdən qorunmasının daha da gücləndirilməsi məqsədilə qanunvericilik aktlarına edilmiş dəyişikliklər nəticəsində qalınlığı 15 mikronadək olan polietilen torbaların idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağan olunub.

1news.az-ın məlumatına görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev bildirib ki, bu dəyişiklik qida məhsullarının qablaşdırılmasında və sənayedə istifadə edilən torbaların keyfiyyət və təhlükəsizliyini normalaşdıran dövlət standartının qəbulunu şərtləndirir.

“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla, qalınlığı 15 mikrondan yuxarı olan polietilen torbalara dair AZS 891:2021 (GOST 12302) “Polimer plyonkalardan və kombinə edilmiş materiallardan hazırlanan torbalar. Ümumi texniki tələblər” dövlət standartı qəbul olunub və Dövlət Fonduna daxil edilib”.

O deyib ki, yeni standartın tələblərinə görə, torbaların səthində çatlar, kəsiklər, deşiklər olmamalı, daxili səthləri yapışmamalıdır.

“Torbalar xarici görünüşü, ölçüsü, qalınlığı, tikişinin hermetikliyi, əl tutacağının yükə davamlılığı, gigiyenik parametrləri və.s kimi göstəricilərinə görə standartın tələblərinə uyğun olmalıdır. Eyni zamanda torbalar onlardan istifadə zamanı toksik olmamalı, normal otaq və hava şəraitində insan sağlamlığına zərər vurmamalıdır. Torbaların hər partiyasını onun mənşə ölkəsini, istehsalçısını, adını, tipini, təyinatını, standartın nömrəsini, istehsal tarixini özündə ehtiva edən keyfiyyət sənədi müşayiət etməlidir, yüksək riskli mallar xüsusilə dərmanların, qida məhsullarının, uşaq oyuncaqlarının, parfümeriya və kosmetika məhsullarının qablaşdırılması üçün nəzərdə tutulmuş torbaların sanitariya və epidemioloji baxımından qiymətləndirilməsi aparılmalı və bu barədə məlumatlar keyfiyyət sənədində göstərilməlidir. Qanunvericiliyin tələblərinə görə uyğunluq sertifikatı olmayan torbaların satışı qadağandır”.

“Standartın tələblərinə uyğun daşınma və saxlanma şəraitində polimer plyonkalardan hazırlanmış torbaların saxlanma müddəti 6 ay, kombinə edilmiş materiallardan hazırlanan torbaların saxlanma müddəti isə 12 ay tövsiyə olunur” - deyə, E,Quliyev sözlərinə əlavə edib:

“Bu sahədə fəaliyyət göstərən biznes subyektlərinin nəzərinə çatdırırıq ki, texniki tənzimləmənin şamil olunduğu mallara dair dövlət standartlarının tələblərinə əməl edilməməsi məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinə görə standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək cərimə edilir.

Dövlət standartının tam mətnini “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin rəsmi internet səhifəsi www.azstand.gov.az vasitəsilə elektron şəkildə əldə etmək olar”.

Qafar Ağayev

Paylaş:
683

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər