“Cənub Qaz Dəhlizi çox mühüm enerji layihələrindən biri kimi tarixə düşüb” - Deputat | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Cənub Qaz Dəhlizi çox mühüm enerji layihələrindən biri kimi tarixə düşüb” - Deputat

14:08 - 13 / 02 / 2021
“Cənub Qaz Dəhlizi çox mühüm enerji layihələrindən biri kimi tarixə düşüb” - Deputat

Cənub Qaz Dəhlizi Azərbaycanın müəllifi olduğu çox mühüm enerji layihələrindən biri kimi tarixə düşüb.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, 10 il bundan əvvəl ideya halında olan nəhayət 2014-cü ildən inşa edilməyə başlayan və cəmisi altı ildə tikintisi başa çatdırılan 3500 ki-lik bir kəmərin belə qısa müddətdə istismara verilməsi özlüyündə ayrıca bir hadisədir:

“Çünki söhbət heç də sadəcə adi bir enerji layihəsindən getmir. Xəzər, Qara Dəniz, Aralıq Dənizi və Adriatik dənizləri kimi çox geniş və mühüm bir ekvatoriyada uzunmüddətli və tamamilə yeni formatda bir əməkdaşlıq platformasından gedir. Hazırda şahidi olduğumuz geostrateji reallıqlar ondan ibarətdir ki, heç də bütün dövlətlər öz milli resurslarını milli məqsədləri həyata keçirmək üçün realizə edə bilmir”.

Deputatın sözlərinə görə, bəzi dövlətlərdə sabitlik və əməkdaşlıq faktoruna çevirilən karbohidrogen ehtiyatları belə ehtiyatalara sahib olan digər çoxsaylı ölkələrdə dağıdıçı faktora çevrilir. Azərbaycan isə öz ehtiyatlarından milli dövlətini və beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirmək üçün istifadə etməyi bacarıb:

“Məsələn, Şimali Afrika və Yaxın Şərqin eləcə də Latın Amerikası ölkələrinin böyük əksəriyyətində neft-qaz ehtiyatları rəqabət və qarşıdurma faktoruna çevirilib. Azərbaycan isə öz ehtiyatlarından milli dövlətini və beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirmək üçün istifadə etməyi bacarıb. Dolayısıyla regional və qlobal müstəvidə bir çoxlarının edə bilmədikləri uğurları əldə edib. Məsələn, Cənub Qaz Dəhlizi layihəsinə qədər Nabucco və.s digər adlarda bir çox bənzər layihələrin həyata keçirilməsi ideyaları olsa da bunların heç biri baş tutmadı. Sadəcə Azərbaycan öz tərəfdaşları ilə 21-ci əsrin layihəsi hesab edilən belə bir layihəni həyata keçirməyə müvəffəq oldu. Elə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında da bu məsələlərə və layihənin gələcək perespektivlər ilə bağlı mühüm istiqamətlərə toxunuldu. Hər şeydən oncə Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin realizə olunması və perespektivi haqqında danışarkən layihənin inşasının başa çatdırılması münasibətilə iştirakçıları təbrik edərək bildirdi ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir. Əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcəkdir, çünki yeni plan və ideyalarımız var. Həmin plan və ideyalar bugünkü iclasda mütləq müzakirə ediləcəkdir. Yeni plan və layihələr isə layihəni təmin edən mənbələrin və onu tərəfdaş ölkələrə çatdıran marşurutların şaxləndirilməsi və beləliklə tərfədaş ölkələrin sayının daha da çoxalacağı haqqında idi. Bu istiqamətdə isə İonik-Adriatik yaxud Qərbi Balkan istiqamətində görüləcək işlərlə bağlı qəbul ediləcək qərarlar idi.

Nəzərə alsaq ki, Qərbi Balkanlar artıq Mərkəzi Avropa iilə kəsişir o zaman layihənin Cənubi Avropadan Mərkəzi Avropaya qədər uzana biləcəyi qənaətini də ifadə edə bilərik. Bütün bunlar isə layihənin əhəmiyyətininin və tərəfdaş ölkələrin sayının gələcək də daha da artması deməkdir .Ayrıca bir məsələ bu tərəfdaşlıq prosesində Azərbaycanın özünün istehsalçı ölkədən həm də tarnzit ölkəyə çevirilməsi hadisəsidir . Prezident İlham Əliyev qeyd etdi ki, qardaş Türkmənistanla birlikdə istismar ediləcək “Dostluq”  yatağından əldə ediləcək resuslar artıq Azərbaycana həm də tarnzit öklə statusu qazandırmış olacaq. Ancaq bu istiqamətdə şübhəsiz ki, daha yeni və fərqli perespektivlər də var ki, bu da gələcəkdə daha aydın görünəcək. Bütün bunlar isə uzunmüddətli perespektivdə layihəni mənbə öklə və tərəfdaş ölkələr üçün daha da cazibədar edir”.

1news.az

Paylaş:
696

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər