Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında azərbaycanlı məktəblilər yüksək nəticə əldə ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında azərbaycanlı məktəblilər yüksək nəticə əldə ediblər

Qafar Ağayev15:34 - Bu gün
Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında azərbaycanlı məktəblilər yüksək nəticə əldə ediblər

22–28 iyun tarixlərində Sinqapurda keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında Azərbaycanı təmsil edən məktəblilərimiz yüksək nəticə əldə ediblər.

Elm və Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, azərbaycanlı məktəblilər yarışda 2 gümüş və 1 bürünc medal qazanaraq beynəlxalq olimpiadada uğurla çıxış edib.

Belə ki, Ağdaş rayonu Ləki qəsəbə 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Abdulla Abdullazadə, Mingəçevir şəhəri Ruslan Muradov adına Texniki və humanitar fənlər liseyinin X sinif şagirdi Sumuraz Mirzəyev gümüş medal,Lənkəran rayonu Bilal Əliyev adına Xolmili kənd tam orta məktəbin XI sinif şagirdi Əliyyəkbər Şirinli isə bürünc medal qazanıblar.

Qeyd edək ki, yarışda ümumilikdə 28 ölkədən 136 şagird iştirak edib.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər