Azərbaycanda ərzaq məhsullarında süni qiymət artımı qeydə alınıb? - AÇIQLAMA | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda ərzaq məhsullarında süni qiymət artımı qeydə alınıb? - AÇIQLAMA

10:54 - 05 / 03 / 2021
Azərbaycanda ərzaq məhsullarında süni qiymət artımı qeydə alınıb? - AÇIQLAMA

Dünya bazarında ərzağın qiymətləri yüksəlməkdə davam edir. Dünyanın məşhur “Bloomberg” agentliyi növbəti dəfə bu barədə hesabat yayımlayıb. Hesabatda COVID-19 pandemiyasının davam etməsi səbəbindən dünya iqtisadiyyatına ciddi zərərin dəydiyi qeyd olunur.

1news.az xəbər verir ki, son aylada ölkəmizdə ərzaq məhsullarında qiymət artımı ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “Report”a verilən məlumata əsasən, həm idxalçı həm də yerli istehsalçı şirkətlərə məxsus məhsulların qiymətlərinin tələb-təklif və qlobal bazardakı duruma uyğun şəkildə dəyişdiyi bildirilir.

Dövlət Agentliyindən aparılan monitorinqlərə əsasən, süni qiymət artımının qeydə alınmadığı bildirilir.

“Bazar iqtisadiyyatı şəraitində qiymətləri dövlət tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) istisna olmaqla, digər malların (işlərin, xidmətlərin) qiymətləri rəqabət mühitində, tələb-təklif əsasında formalaşır. Tələb-təklif əsasında formalaşan qiymətlərin səviyyəsi müxtəlif səbəblərdən, o cümlədən dünya iqtisadiyyatında baş verən bir sıra amillərin təsiri nəticəsində dəyişə bilər. Bəzi hallarda bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq baş verən əsaslı qiymət artımları da cəmiyyətdə süni qiymət artımı kimi qiymətləndirilir.

Tələb-təklif əsasında formalaşan qiymətlərin səviyyəsinə təsir göstərmək məqsədilə dövlət tərəfindən müvafiq iqtisadi vasitələrdən – bazarda sağlam rəqabət mühitinin yaradılması, sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi və s. bu kimi tədbirlərdən istifadə edilir.

“Antiinhisar fəaliyyəti haqqında” Qanuna əsasən, bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin süni qıtlıq yaratmaq və yaxud qiymətləri artırmaq məqsədi ilə istehsalın həcmini dəyişdirməsi və yaxud əmtəələri dövriyyədən çıxarması, digər təsərrüfat subyektlərinin bazara daxil olmasına və ya bazarı tərk etməsinə əsassız maneələr yaratması, bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya etməsi (qiymətlərin artırılması, azaldılması və ya bir səviyyədə saxlanılması) qadağan olunmuş fəaliyyətlərdir. Bu hallar özünü ilk növbədə istehlak bazarında qiymətlərin səviyyəsində göstərir.

Bu halların vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin gündəlik monitorinqi aparılır. Monitorinqlərin nəticələri təhlil olunaraq, rəqabətin pozulması hallarının olub-olmaması araşdırılır. Aparılmış təhlillər zamanı hazırda əsassız qiymət artımına yol verilməsi halları aşkar edilməyib", - məlumatda deyilir.

Qeyd edək ki, əsassız qiymət artımına yol verilməklə rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran hərəkətlərə görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur.

Dövlət Xidmətindən bildirilib ki, “Antiinhisar fəaliyyəti haqqında” Qanunda əsassız qiymət artımına yol verilməklə əldə olunan mənfəət həcmində cərimə nəzərdə tutulur: “Eyni zamanda qanunvericilikdə əsassız qiymət artımları nəticəsində inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırmaya görə cinayət məsulliyəti nəzərdə tutulur.Əsassız qiymət artımının vaxtında müəyyən edilərək qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilən tədbirləri bundan sonra da davam etdiriləcək. Qanun pozuntuları aşkar edildiyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək, habelə cinayət tərkibli hallar aşkar edildikdə toplanmış materiallar hüquq mühafizə orqanlarına göndərilicək”.

Qeyd edək ki, bir müddət əvvəl son 1 ildə dünyada ərzaq qiymətləri ən yüksək həddinə çatması barədə araşdırmamızı yaymışdıq. Araşdırmada da göstərildiyi kimi COVID-19 pandemiyası, müəyyən ixracatçı ölkələrdə quraqlığın olması və dolların zəifləməsi fonunda qiymət artımı əsasən taxıl, buğda, düyü, şəkər və bitki yağları kimi məhsullarda qeydə alınıb.

Paylaş:
457

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər