AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir

Qafar Ağayev10:05 - Bu gün
AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL avqust ayından etibarən Özbəkistanın Ürgənc şəhərinə müntəzəm reysləri bərpa edəcək.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətndən 1news.az-a veriən məlumata görə, İlk reys 2 avqust tarixində həyata keçiriləcək.

Uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Ürgənc özünəməxsus kolorit, mədəni atmosfer və ab-havası ilə səyahətsevərlərin maraq göstərdiyi şəhərlərdən biridir. Bu marşrut komfortlu səyahət üçün əlavə imkanlar yaradır.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər