İqtisadi məsələlər üzrə İşçi Qrupun iclası keçirilib | 1news.az | Xəbərlər
Siyasət

İqtisadi məsələlər üzrə İşçi Qrupun iclası keçirilib

Qafar Ağayev15:31 - 11 / 03 / 2021
İqtisadi məsələlər üzrə İşçi Qrupun iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Iqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası kecirilib.

1news.az xəbər verir ki, iclasda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərində xarici şirkətlərin iştirakı məsələsi müzakirə edilib.

Bildirilib ki, bu ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin olunur. Agentliyə təqdim edilmiş investisiya layihələrinin prioritetliyi təhlil olunur, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

İşğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən indiyədək Agentliyə 409 müraciət daxil olub. Bu müraciətlərin 104-ü (25%) ticarət və xidmət, 93-ü (23%) sənaye, 69-u (17%) kənd təsərrüfatı, 70-i (17%) tikinti, 34-ü (8%) turizm, 5-i (1,2%) təhsil, 1-i (0,2%) nəqliyyat və logistika və 33-ü (8,5%) isə digər sahələri əhatə edir. Həmin müraciətlərdən 53-ü 12 xarici ölkəni (əsasən Türkiyə, Rusiya, Pakistan, Macarıstan, Qazaxstandan olmaqla) təmsil edən şirkətlər tərəfindən təqdim edilib.

Müraciət edən xarici şirkətlər işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurma işlərində investor və ya podratçı kimi iştirak etmək niyyətindədir.

İclasda xarici şirkətlərin secilməsində təcrübə, ixtisaslaşma, yüksək keyfiyyət və münasib qiymət amilləri nəzərə alınacaq, yeni texnologiya gətirən və yerli resurslardan (maddi və əmək resurslarından) istifadə edən şirkətlərə üstünlük veriləcəyi vurgulanıb. Tədbirdə həmçinin, prioritet sahələr üzrə hazırlanmış layihələrin açıq platformada Azərbaycan, ingilis, türk və rus dillərində yerləşdirilməsi təklif edilib.

İclasda bildirilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan ”Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanaqlı inkişafı“ Dövlət Proqramında investisiya cəlbediciliyinin artırılması üçün investisiya təşviqi mexanizmi nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Paylaş:
482

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər