Akademik Musiqili Teatrı qəhrəman şəhidinə yeni videoçarx həsr etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Musiqili Teatrı qəhrəman şəhidinə yeni videoçarx həsr etdi

17:10 - 13 / 03 / 2021
Akademik Musiqili Teatrı qəhrəman şəhidinə yeni videoçarx həsr etdi

Azərbaycan Dövlət Akademik Musiqili Teatrından cəbhəyə yollanmış şəhid Əliağa Məmmədovun xatirəsi hər zaman teatr kollektivi arasında böyük sayqı və ehtiramla yad edilir.

Teatrın gənc aktyoru, vaxtı ilə Əliağa ilə işıq sexində birlikdə çalışmış Zaur Əliyev də öz həmkarına bir videoçarx həsr edib. Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin rəhbərliyi ilə hazırlanan bu videoçarxda qəhrəmanımızın obrazı böyük sevgi ilə təqdim olunur və ona "İşıq adam" deyə müraciət edilir. Videoçarxın səsləndirilməsində müəlliflə yanaşı, teatrın solisti, Prezident mükafatçısı Əmrah Dadaşov da iştirak edib.

Teatrın yaradıcı heyəti Əliağanın əziz xatirəsinə ithaf olaraq bundan öncə də "Döyüşən teatr" (rej: S.Qulamov) sənədli filmini çəkmişdir.

Xatırladaq ki, Əliağa Eldəniz oğlu Məmmədov 26 iyul 2001-ci ildə Bakının Sabunçu rayonunda anadan olub. Milli qəhrəman Nazim İsmayılov adına 80 saylı tam orta məktəbi bitirdikdən sonra uşaqlıqdan məşğul olduğu "Cüdo" idman növü üzrə müxtəlif yarışlarda iştirak etmiş, medal və sertifikatlar qazanmışdır.

Sonradan peşə təhsili alaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işıq operatoru kimi fəaliyyətə başlayıb. Elə hərbi xidmətə də teatrdan yola düşür.

Əliağa 6 oktyabr səhər saatlarında Tərtər - Ağdərə istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olur. O, canı bahasına tabur komandirini qoruyur, vücudunu ona sipər edir...

Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun!

1news.az

Paylaş:
267

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər