BMT-nin baş katibi Novruz bayramı ilə bağlı təbrik ünvanlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

BMT-nin baş katibi Novruz bayramı ilə bağlı təbrik ünvanlayıb

13:56 - 19 / 03 / 2021
BMT-nin baş katibi Novruz bayramı ilə bağlı təbrik ünvanlayıb

BMT-nin baş katibi Antoniu Quterreş Novruz bayramı ilə əlaqədar bəşəriyyətə təbrik ünvanlayıb.

1news.az Trend-ə istinadən bildirir ki, təbrik Pekində Şanxay Əməkdaşlıq Təşkilatında keçirilən tədbir zamanı səsləndirilib.

Təbrikdə qeyd olunur ki, hər il Novruz bayramı yeni başlanğıcı ifadə edir:

"Ötən il Novruzun qeyd olunması misilsiz və dağıdıxcı qlobal pandemiyanın ilk günlərinə təsadüf etdi. Bu il Novruz ruhu həmişə olmadığı kimi güclüdür. Cəmiyyətlər arasında həmrəylik çox vacibdir. Dünya COVID-19-a qalib gəlmək üçün birləşsə, buz tunelin sonunda işıq görəcəyik".

1news.az

Paylaş:
235

Son xəbərlər

Bütün xəbərlər