Göyçayda kafedə toy edənlər aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda kafedə toy edənlər aşkarlandı

Qafar Ağayev15:26 - 13 / 04 / 2021
Göyçayda kafedə toy edənlər aşkarlandı

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Cəyirli kəndi ərazisində yerləşən “Blue River” kafesində toy mərasiminin keçirildiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-ın verilən məlumata görə, həmin obyektə baxış keçirən zaman icarədar İlqan Rəhimovun Göyçay şəhər sakini Eldəniz Yaqubovun oğluna toy məclisi təşkil etməsinə şərait yaratdığı məlum olub.

Polislər tərəfindən icarədar, mərasim təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görüblər.

Paylaş:
550

Son xəbərlər

Bütün xəbərlər