XİN Meksikaya başsağlığı verib
Xarici İşlər Nazirliyi (XİN) Mexikoda metro körpüsünün çökməsi ilə əlaqədar Meksikaya başsağlığı verib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə nazirliyin Twitter səhifəsində yazılıb.
"Mexiko şəhərində metro körpüsünün çökməsi ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Bu faciəvi qəzada həlak olanların ailələrinə, eyni zamanda, Meksika hökumətinə və xalqına başsağlığı verir və yaralananların hamısının tezliklə sağalmasını diləyirik".
316