Azərbaycanda uşaqların dini etiqada məcburiyyəti qadağan edilir – Milli Məclis təsdiqlədi
Milli Məclisin plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliyi muzakiyərə çıxarılıb.
1news.az xəbər verir ki, məlumatına görə, dəyişikliyə əsasən, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir.
Layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir.
Bu qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər. Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.