“Azərbaycanda vaksin qıtlığı yoxdur” – Əhliman Əmiraslanov | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycanda vaksin qıtlığı yoxdur” – Əhliman Əmiraslanov

Qafar Ağayev12:38 - 04 / 05 / 2021
“Azərbaycanda vaksin qıtlığı yoxdur” – Əhliman Əmiraslanov

“Azərbaycanda vaksiyadan keçənlərin sayı MDB ölkələri və qonşu ölkələrlə müqayisədə neçə dəfə artıqdır”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əhliman Əmiraslanov deyib.

“Bəzi peyvənd istehsal edən ölkələrdə vaksinasiyadan keçənlərin sayı bizdən iki dəfə aşağıdır. Artıq ölkəmizə daha 2 vaksin gətirilib. Ölkəmizdə vaksin qıtlığı yoxdur. İstirahət günləri istisna olmaqla Azərbaycanda gün ərzində vaksin olunanların sayı 15 min nəfərin üzərində olur”.

Paylaş:
482

Son xəbərlər

Bütün xəbərlər