Azərbaycanda bir şagirdi olan iki məktəb var | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bir şagirdi olan iki məktəb var

S.Xankişiyeva16:56 - 06 / 05 / 2021
Azərbaycanda bir şagirdi olan iki məktəb var

Azərbaycanda ən az şagird sayı olan məktəblər açıqlanıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Təhsil Nazirliyindən bildirilib ki, təhsil müəssisələrində şagird sıxlığı əhalinin məskunlaşma faizinə düz mütənasib olaraq dəyişir:

"Belə olan halda sorğunuza cavab olaraq bildiririk ki, respublikada ən az şagirdi olan 2 məktəb var. Onlar Lerik rayon Təndül kənd və Şabran rayon Leyti kənd ibtidai məktəbləridir. Adıçəkilən təhsil müəssisələrində 1 nəfər təhsil alan qeydə alınıb".

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər