“Dünya ictimaiyyəti Azərbaycan Ombudsmanının hesabatı ilə yaxından tanış olmalıdır” | 1news.az | Xəbərlər
Siyasət

“Dünya ictimaiyyəti Azərbaycan Ombudsmanının hesabatı ilə yaxından tanış olmalıdır”

Qafar Ağayev12:36 - 06 / 05 / 2021
“Dünya ictimaiyyəti Azərbaycan Ombudsmanının hesabatı ilə yaxından tanış olmalıdır”

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat hazırlayıb.

Hesabat Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara qarşı uzun illər aparılan, etnik zəmində nifrəti təbliğ edən siyasətin yol açdığı insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaq, bu nifrət əsaslı siyasətin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı çağırış etmək məqsədi daşıyır.

Hesabatın əhəmiyyəti ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin – Ombudsmanın hazırladığı yeni hesabat çoxdan hazırlanması vacib olan bir sənəddir. Ümumilikdə Ombudsmanın hesabatını müsbət dəyərləndirən N.Həmzəyevin sözlərinə görə, çalışmalıyıq ki, dünya ictimaiyyəti bu hesabatla yaxından tanış olsun:

“Bu sənəd ermənilərin azərbaycanlılara qarşı törətdikləri hərbi cinayətləri və soyqırımlarını, azərbaycanlılara qarşı bəslədikləri nifrət hislərini, nifrət cinayətlərini dünyaya çatdırmaq üçün çox vacib bir sənəddir. Bildiyimiz kimi ermənilər 19-cu əsrdən başlayaraq yaratdıqları terror təşkilatları vasitəsilə ilk olaraq Osmanlı İmperiyası ərazisində hərbi cinayətlər və terrorlar törətməyə başladılar. Onların məqsədləri "Böyük Ermənistan" qurmaq idi. Təbii ki, erməniləri qızışdıran, onları dəstəkləyən havadarları da var idi. Ancaq Osmanlı dövlətinin zəiflədiyi bir dövrə təsadüf etdiyi üçün ermənilər müəyyən qədər uğur da qazandılar, hərbi cinayətlər və terrorlar da törətdilər. Daha sonra bu proseslər Azərbaycan ərazilərinə də gəlib çıxdı. 1813 və 1828-ci illərdəki "Gülüstan" və "Türkmənçay" müqavilələrindən sonra azərbaycanların yaşadıqları ərazilərə ermənilər köçürülməyə başlanıldı, nəticə etibarı ilə Osmanlı dövləti ilə Azərbaycan arasında bir bufer zona yaradıldı. Rus çarizmi özü üçün dayaq yaratmaq istəyirdi. Bir sözlə, həminki dövrdə əsası qoyulan bu siyasət sonra da davam etdirildi. 20-ci əsrin əvvəlində, 1905 və 1918-ci illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı çox böyük soyqırımlar törədildi, çox sayda soydaşımız qətlə yetirildi”.

N.Həmzəyevin sözlərinə görə, Sovetlər dövründə xalqların dostluğu ideologiyasının təbliğ olunmasına baxmayaraq, yenə də çox təəssüf ki, ermənilərə müxtəlif güzəştlər olunurdu:

“Qondarma "erməni soyqırımının" 50 illiyi də Sovet İttifaqının dönəmində Ermənistanda qeyd edildi. Bunun özü bir təəccüb doğurur ki, necə ola bilər?! Əgər başqa millətlərin xaricdən öz vətənlərinə gəlib getmələri problem yaradırdısa, dünyada müxtəlif ölkələrdə yaşayan ermənilər rahatlıqla Ermənistan köçürülə bilirdilər. Bir sözlə, ermənilərin azərbaycanlılara qarşı nifrət cinayəti 20-ci əsrdə də davam etdirildi. 20-ci əsrin sonlarına yaxın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi fikirləri artıq Sovet rəsmiləri tərəfindən dəstəkləndi. Həm Azərbaycanda, həm də Qarabağda yaşayan ermənilər qızışdırıldı və bu münaqişə süni olaraq yenidən alovlandırıldı. Həm 1990-cı il 20 yanvar hadisələrində ermənilərin iştirakı var, həmçinin 1992-ci ildə Xocalı soyqırımını birbaşa ermənilər törətdilər. Bu da əsrin ən böyük faciələrindən biridir. Ancaq çox təəssüf ki, illər dəyişsə də ermənilərin ideologiyası, ermənilərin məsələlərə baxışı dəyişmədi. Onlar hətta sonrakı dövrdə də hərbi cinayətlərini və terror aktlarını törətməyə davam etdilər. 44 günlük Vətən müharibəsi zamanı da ermənilər dinc əhalinin yaşadığı əraziləri uzaqmənzilli, istifadəsi qadağan olunmuş raketlərlə atəşə tutdular. Nəticədə çox sayda dinc vətəndaşlarımız şəhid oldular”.

Deputat qeyd edib ki, torpaqlarımız işğaldan azad olunandan sonra fərqli bir mənzərə ilə qarşılaşdıq:

“Faktiki olaraq işğaldan azad olunmuş ərazilərdə daşı daş üstündə qoymayan erməni vandalları bizim bütün dini, mədəni abidələrimizi talan ediblər. Faktiki olaraq Azərbaycan bu gün külli miqdarda vəsait xərcləməklə bu əraziləri yenidən bərpa edir. Cənab Prezidentimizin birbaşa nəzarətində olan bu proses tezliklə yekunlaşacaq, Qarabağ cənnətə çevriləcək. Ancaq biz bütün bunlara baxmayaraq ermənilərin iç üzlərini dünyaya göstərməliyik, erməni vandallarını dünyaya tanıtmalıyıq. Neçə illərdir, neçə əsrlərdir özlərini dünyaya məsum, terrora məruz qalan xalq kimi göstərən ermənilərin əslində cinayətkar olduqlarını, azərbaycanlılara qarşı nifrət bəslədiklərini və bu ərazilərdə baş vermiş bütün terror aktlarının, hərbi cinayətlərin təşkilatçıları olduqlarını dünyaya çatdırmalıyıq.

Ötən dövr ərzində möhtərəm cənab Prezident İlham Əliyevin beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini dünyaya çatdırdı və ermənilərin iç üzünü dünyaya göstərdi. Ermənilərin bu ərazilərə gəldiyini bir neçə forumda tarixi faktlarla sübut etdi. Biz bu prosesləri davam etdirməliyik, hərçənd ki, ermənilər hələ də ağıllanmayıblar, hələ də revanşist ideologiya ilə yaşayırlar. Ancaq onların əsl simalarını dünyaya göstərsək dünya ictimaiyyəti də onlara müəyyən qədər təzyiq göstərəcək və nəticə etibarı ilə dünya erməniləri daha yaxşı tanımış olacaq. Ona görə də bu istiqamətdə Ombudsman tərəfindən hazırlanmış bu hesabatı yüksək dəyərləndirirəm. Hesabat daha çox yayılmalıdır və çalışmalıyıq ki, dünya ictimaiyyəti bu hesabatla daha yaxından tanış olsun”.

Paylaş:
726

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər