Bakıda pediatrik xəstəliklərlə bağlı beynəlxalq konfrans keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda pediatrik xəstəliklərlə bağlı beynəlxalq konfrans keçiriləcək

11:39 - 19 / 05 / 2021
Bakıda pediatrik xəstəliklərlə bağlı beynəlxalq konfrans keçiriləcək

31 may-2 iyun 2021-ci il tarixlərində Bakıda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş "Pediatrik Xəstəliklərə Multidisiplinar Yanaşma" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı, Mərkəzi Gömrük Hospitalın rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun, eləcə də "Uptodate in Medicine MMC" şirkətinin dəstəyi ilə ZOOM platforması üzərindən təşkil olunacaq konfrans 3 gün ərzində davam edəcək.

Nəzərinizə çatdıraq ki, konfransda yerli və beynəlxalq mütəxəssislər tərəfindən ümumilikdə 26 məruzə dinləniləcək, təcrübə mübadiləsinin təmin olunması üçün panel müzakirələr təşkil ediləcək. Kardioloji, neonatoloji, endokrinoloji, hepatoloji, qastroenteroloji və ümumi pediatrik panellərdən ibarət olacaq konfransda müvafiq sahələrin mütəxəssisləri iştirak edə bilər. Konfransda proqramın 80 faizini tamamlayan hərkəsə onlayn sertifikat veriləcək.

Konfrans akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinin elektron bazasından qeydiyyatdan keçirilib.

Konfransda iştirak ödənişsizdir. Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir!

Proqramla tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

https://customshospital.az/pediatrik-xestelikler-multidisplinar-yanashma/

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/TBPHJLjccgWUgw1s9

1news.az

Paylaş:
323

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər