Vətən müharibəsinin şəhidi İkinci Fəxri xiyabanda dəfn olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən müharibəsinin şəhidi İkinci Fəxri xiyabanda dəfn olunacaq

S.Xankişiyeva12:27 - 19 / 05 / 2021
Vətən müharibəsinin şəhidi İkinci Fəxri xiyabanda dəfn olunacaq

İtkin düşdükdən doqquz ay sonra nəşi tapılan Vətən müharibəsi şəhidi Təbriz İbrahimovun dəfn olunacağı yer müəyyənləşib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, o, bu gün İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Şəhidlə Bakıda vida mərasiminin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub.O, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğurunda gedən döyüşlərə qatılıb.

T.İbrahimov sonuncu dəfə ötən ilin sentyabrın 28-də ailəsi ilə əlaqə saxlayıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb.

Allah rəhmət eləsin!

Paylaş:
283

Son xəbərlər

Bütün xəbərlər