Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Qafar Ağayev16:46 - 03 / 06 / 2021
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 50 988 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 219, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 769 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 418 082, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 497 993, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 920 089 təşkil edir.

Paylaş:
806

Son xəbərlər

Bütün xəbərlər